Qonaq Kitabı
OLUR ”“ OLSUN

 

Bu millətə qoy hər nə şəmatət olur-olsun,

Nə zülmü əziyyət, nə əhanət olur-olsun.

 

Nabudi-cəhan olsa da bilcümlə səzadır,

Bundan da yaman günlərə gər qalsa rəvadır,

Nə tənü təcavüz ola şəxsinə becadır,

Xoşdur ona hər günə zəlalət, olur-olsun,

Həmcinsinin əndində xəcalət olur-olsun.

 

Bir millət ki, əsrə görə etməyə rəftar,

Hey yuxlaya il on iki ay, olmuya bidar,

Əlbəttə, ayaqlar elə bir milləti əğyar,

Pamali-rəqib olmağa adət olur-olsun,

Biğeyrət olan canda səlamət olur-olsun.

 

Qare! Demə öz millətimi sevməyirəm mən,

Pək çox sevirəm, ərzimə guş eyləgilən sən,

Dindaşimə hərgiz olamam zərrəcə eymən,

İstər mənə hər növi məlamət olur-olsun,

Göftarımız adətcə qəbahət olur-olsun.

 

Tək bir tərəfə baxsa, könül olsa əgər şad,

Yüz yanə nəzər salsa olur bu yenə bərbad.

Həp əsgi hamam, əskicə tas, əski də ustad,

Əski kisəçi, əski həcamət olur-olsun.

Əskicə qəba, əski qiyafət olur-olsun.

 

Kəsalət olur-olsun,

Bətalət olur-olsun.

Bütün aləmi-islam

Xəcalət olur-olsun.

 

 

Şəmşir

“Zənbur”, 1910, N 5.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info