Qonaq Kitabı
A QIZLAR

 

Ey elmsiz aləmdə yanan narə, a qızlar!

Taleləri mənhus, günü qarə, a qızlar!

 

Hər dəm sizi gördükcə bu növ ilə ləkənti,

Bielmü ədəb, yeksərə murdar və pinti.

Gah evdə, gəhi küçədə işsiz, səpələnti,

Veylanə, zəlilanə və avarə, a qızlar!

Yannam belə gördükcə mən odlarə, a qızlar!

 

Ey milləti-islamın edən nisfini təşkil,

Etməzmisiniz siz bu fəna şivəni təbdil.

Olduqca belə elmü hünərsiz, qara məndil,

Təsir edəcək pisliyiniz yarə, a qızlar!

Ey qəsb olunan həqləri, biçarə, a qızlar!

 

Təhsilinizə mədrəsə təyin edirizmi?

Ayəndənizi biz hələ təmin edirizmi?

Bu fikri bütün millətə təlqin edirizmi?

Yox! Millət uyuşmaz belə köftarə, a qızlar!

Lənət oxunur sahibi-əfkarə, a qızlar!

 

Çox sinədə var daği-suyəhrəng, çü lalə,

Çün hali-bədavət sizi yetdirdi zəvalə,

Bundan da yaman hal gəlirmi, de, xəyalə?

Heyvan kimi çəkdik sizi bazarə, a qızlar!

Satdıq sizi hər köhnəyə, kaftarə, a qızlar!

 

Istəkli vətən gülləri! Sizsiz yaz açılmaz,

Siz elmsiniz nuri-məarif də saçılmaz,

Gün çıxmasa zülmati-şəbistan qaçırılmaz,

Sizdən umulur çarə bu azarə, a qızlar!

Həm tərbiyə, təlim uşaqlarə, a qızlar!

 

 

Şəmşirək

“Zənbur”, 1909, N 33.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info