Qonaq Kitabı
AĞAYA CAVAB

 

Atılıb düşməyin əfsanədir, əfsanə, sən öl!

Daha təsir eləməz sözlərin insanə, sən öl!

 

Köhnə əfkarını əfkarımıza qatmagilən,

Çürümüş məsləkini xalqa baha satmagilən.

İşə keçməz bu mətaın, bizi aldatmagilən,

Pul verilməz daha bu hərzəyə, hədyanə, sən öl!

 

Ələ salma daha bir bunca əvamı, mən ölüm,

Nəql edibRüstəmü Keykavusü Samı, mən ölüm.

Vermə xərcə belə bihudə kəlamı, mən ölüm,

Deyirəm mən sənə, bəsdir daha, mərdanə, sən öl!

 

Hacısan, məşhədisən, sahibimizsən, ağasan,

İstəyirsən həmi qırxıb bizi, həm də sağasan.

Mən ölüm, nizəni çək, yoxsa uşaqsan, çağasan,

Gəlmişik lap əlinizdən, a canım, canə, sən öl!

 

Verirəm and səni siğeyi-üxviyyətə mən,

Söymə məşrutəyə, məcmuəyə, hürriyyətə sən,

Söyləsən ziddi-şəriətdi, gəlib lənətə sən.

Qoyaram adını məcmuədə meydanə, sən öl!

 

Qonma quzğun kimi ol minbəri-pak üstündə,

Düş yerə, laşəni dimdiklə də xak üstündə

Xaneyi-həqqə nə qovğa, bu xörak üstündə

Satmısan din ilə imanı cibişdanə, sən öl!

 

Gəl eşit ərzimi, təkfirimi ağaz eləmə!

Adəm ol, qan sözümü, əsləhəni saz eləmə;

Atina quşları tək üstümə pərvaz eləmə,

Həqq faiq gələcək zümreyi-şeytanə, sən öl!

 

 

Gəncə cavanları

“Molla Nəsrəddin”, 1908, â„– 46.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info