OLACAQMI
Zənnincə sənin, millətimiz şad olacaqmı? Viranə qalan mülkümüz abad olacaqmı? Talanə gedən haqqımız, insanlığımız tək Quldur adı da puç və bərbad olacaqmı? Şərh et, mən ölüm, sən mənə bu sirri bəyan et, Bu köhnə papaqlar yeni icad olacaqmı? Peysərlərimiz ləbləbi tək qırmızı, göy, boz Malidə yeri olmağa münqad olacaqmı? Daim qalacaq qeydi-əsarətdə müsəlman? Ya bircə bu zəncirdən azad olacaqmı? Hər gün ürəfayə tökülən lənətə qarşı, Heç olmasa, bir dəfə də irad olacaqmı? Barani-bəla üstümüzə hey yağacaqmı? Ya gün doğaraq bizlərə imdad olacaqmı? Hürriyyət, ədalət və müsavat cəmalı Bu ölkədə də cilvələnib dad olacaqmı?
Məşədi Sijimqulu “Molla Nəsrəddin”, 1908, â„– 43.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info