QƏLƏMİM
(Bənzətmə)[i]
Sinəm atəşgədə, bir parça şərərdir qələmim, Mənbəyi-büxl ürəgim, aləti-şərdir qələmim. Təkcə bir şairi-bivahimeyü pürhünərəm, Min oxa, süngüyə, şəmşirə dəyərdir qələmim. Kəndimi xadimi-millət deyə öysəm, yaraşır. Rəhnümayi-rəhi-əbnayi-bəşərdir qələmim. El bilər bən nəyəm, artıq nə üçün gizlədəlim, Dərdi-sər ümmət üçün, xəlqə zərərdir qələmim. Söyüşüm ərsəsidir səfhəsi məcmuələrin, Əldə bir hərbeyi- xunrizi-düsərdir qələmim. Cəhlin issiz qara donlu gecəsi, bayquşuyam, Çəkməyə hər tərəfə cismimi pərdir qələmim. Ziri-can, ruhə əza söylədiyim səfsətələr İntiqad oxlarına qarşı sipərdir qələmim. Birlik, ülfət və məhəbbət telinin qayçısıyam, Baxi-nəxli-əməli-qövmə təbərdir qələmim. Maniə, getməsinə, tazəliyin, fikrim, ona İttihad, əql yolu üzrə çəpərdir qələmim. Təfriqə şəhri, nifaq olkəsinin “çotçi”siyəm, Sərpdiyi töxmi-ğərəz, büğzü kədərdir qələmim. Dəftərim zülməti-leyli-qüdəma şəbpərəsi, Həm nevisəndeyi-təhdidi-xətərdir qələmim. Al oxu şerimi, yansın ciyərin, eylə həsəd, Söz deyil yazdığı ki, dürrü göhərdir qələmim. Qoy gözü ağrısın, əşarimi pisdir deyənin, Tökdüyü hər kəs üçün nuri-bəsərdir qələmim. Ağzı dönsün dala dahiliyimə şəkk edənin, Ta həsud anlaya ki, tiği-zəfərdir qələmim.. Hasili-şerimə pəh-pəh deyənin nökəriyəm, Sıxdığı eylə ağızlara şəkərdir qələmim. Əyrimə düz düməsin, kim olur-olsun, ururam, Bax: ucu nizə kibi qan ilə tərdir qələmim. Dəstəyi zərdir qələmim, Düşmənə uddurduğu şey Xuni-ciyərdir qələmim, Acı bibərdir qələmim
Mütəşair “Tuti”, 1916, â„– 38.
|