Qonaq Kitabı
AR ETMƏSİN

 

Hiç kəs qeyrət çəkib ar etməsin!

Boş təəssüf, hüzni izhar etməsin!

 

Var ziyanı canə arın, qeyrətin,

Sudi yox həm kisəyə bu xislətin.

Güc, qəmin çəkmək böyük bir millətin,

Kimsə kəndisin giriftar etməsin!

Hiç kəs qeyrət çəkib ar etməsin!

 

Bir pula dəyməz belə qəm çəkməmiz,

Sinələrdə dərd ağacı əkməmiz.

Hər qəzayə yaxşıdır baş əyməmiz.

Başına dünya evin dar etməsin,

Hiç kəs qeyrət çəkib ar etməsin!

 

Gərçi məskənsiz qalıb minlərlə can,

Gərçi var imdad edən, nə abü nan.

Gərçi getmiş badə ismət, ismü şan,

Bəxt namərdanədir, xar etməsin!

Hiç kəs qeyrət çəkib ar etməsin!

 

Olsa ya, olsun sitəm, pislik füzun,

Kuhü səhrayi-vətən, dəryayi-kun,

Kəştiyi-namusi-millət sərnigun,

Aləti-təxlis izhar etməsin,

Hiç kəs qeyrət çəkib ar etməsin!

 

Olsa da hər növi, dövrandır, keçər,

Can təki sağ olsun, asandır keçər,

Acü üryanlar müsəlmandır, keçər,

Etməyir bu nalələr kar, etməsin,

Hiç kəs qeyrət çəkib ar etməsin!

 

Qoymasın əldən yerə bir ləhzə cam,

Qılmasın kəndisinə eyşin həram.

Eydi-novruz, iştə olsun şadkam,

Tərki-tiryakü meyü yar etməsin,

Öz-özün pabəndi-iztirar etməsin!

Cayi-təniyarü əğyar etməsin!

Hiç kəs qeyrət çəkib ar etməsin!

 

 

(...O...)

“Məzəli”, 1915, â„– 11.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info