ŞƏKİL
Əməlin yox, adın müsəlmandır, Surətin, batinin yox, insandır, Sənə insan demək də böhtandır, Yırtıcısan, yerin neyistandır, Səndən insan olan gürizandır.
Mütənəffirdi səndən insanlar, Səni bilmir bəşər müsəlmanlar. Sahibi-elmü əqlü vicdanlar, Sənə öz xaliqin də düşmandır, Səni xəlq etmədən peşimandır.
Yaradıbdır məgər səni allah Ki, ola məhv əlində xəlqullah? Nədi bu zülm ey ədüvvullah? Laxta-laxta üzü yerin qandır, Nədi bunca, əcəb, nə tüğyandır?
Özgələr................aşına, Dörd tərəfdən qapazlayır başına. . . . . . . . . . . . . . . . .yaşına. Al əvəz qardaşından, asandır, Xaneyi-din əlində virandır.
Mən bilə bilmirəm nə cövhərsən? Necə nütfə, zina pesərsən sən? Töxmi-iblis, mayeyi-şərsən, Atəşində bilad suzandır, Bədənim hər dəqiqə lərzandır, Dağınıq huş, dil pərişandır, Allah, allah, bu hansı dövrandır?
Kefsiz “Molla Nəsrəddin”, 1912, â„– 2.
|