Aç bu sərapərdəyi gir içəri, cana bax
Aç bu sərapərdəyi gir içəri, cana bax, Gör nə təcəlli qılur pərtövi-canana bax.
Dost gözündə görüb sürməyi könül gözü, Eşq ilə ondan dönüb təl’əti-sultana bax.
Əksini gör ol üzün istər isən görməyə, Can ilə canan gözün, ayineyi-cana bax.
Açdın isə həq gözün görmək üçün həq üzün, Küfrü əlində kimi şö’leyi-imana bax.
Sövmiəvü məscidə guşənişin oluban, Kafiri kisvət geyib, sən bu müsəlmana bax.
Gözlərinin ayəti əksi əyan göstərir, Dilər isən görməgə surəti-insana bax.
Niçün əgər şir isən meşədə zinharəsən, Murçələrdən olub dedigi mərdanə bax.
Surəti-şirazidən gözünü ayırma kim, Eylə ki, bu sən deyən dövləti-pünhana bax.
Canavü həm cahana versə əgər vəslini, Al, ey Nəsimi, anı, qiyməti-ərzana bax.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info