Təvafi-Kə”™bənin gərçi səvabı çoxdur, ey mövla
Təvafi-Kə’bənin gərçi səvabı çoxdur, ey mövla, Könül Allah evidir gəl, təvaf etmək anı ovla!
Yedi göydən dəxi ə’la könüldür billah, ey arif, Könül içində buldular rümuzi-sirri-ma övha.
Olar kim, aşiqi-həqdir, nedərlər hurü qılmanı Ki, huri, xüldü qılmandır tüfeyli-aşiqi-şeyda.
Gəl ey həqq istəyən talib, müqəddəs vadini teyy et Ki, zəhmətsiz ələ girməz nə kim, istərsən, ey dana.
Vücudun şəhrinə, gir gör, könül Turunda can gəldi, Münacat etdi həqq ilə, təcəlli gördü çün Musa.
Kişi hər nəyi kim sevsə, odur həm zikri-təsbihi, Netəkim, daima Vamiq dilində zikridir Əzra.
Müyəssər olmadı vəslin Nəsimiyə, əya dilbər, Xəyalın munis etmişdir, dünü gün zikrisən, şaha!
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info