Ey mükərrəm hüsni-surət, ey mütəhhər maü tin
Ey mükərrəm hüsni-surət, ey mütəhhər maü tin, Rəhməti-lil-aləminsən, rəhməti-lil-aləmin.
Dövri-hüsnün ləmyəzəldir, ey camalın layəzal, Bildigim elmül-yəqindir, gördügüm eynəl-yəqin.
Ey yanağın surəsi vəşşəms, üzün ayəti: Hazihi-cənnati ədnin fədxəluha xalidin.
Külli-şey’ün halikün vəchindən ayrı şək degil, Ey hidayət şəm’i üzün, vey saçın həblülmətin.
Qibləmizdir surətin, əlhəmdülillah, ey nigar, Ta əbəd iyyakə nə’buddur camalın nəstəin.
Əsrimiş məstanə eynin sağərindən səlsəbil, Susamış cənnətdə lə’lin abına mai-məin!
Nunü eynin, mimü dalın tilkə ayatül-kitab, Lövhi-məhfuz oldu üzün, hüvə Qur’anün mübin.
Nəfxeyi-İsa gəlir şirin ləbindən canlara, Sabit oldu kim, ləbindir möhbiti-ruhül-əmin.
Huri-eynin surəti ayinə oldu hüsnünə, Şol səbəbdən xəlqə mərğub oldu həqdən huri-eyn.
Ey ləbin şə’nində münzəl ayəti-yöhyül-izam, Canmıdır, yarəb, ləbin, ya xaliqi-canafərin?
Malikəl-hüsn oldu, ey dilbər, camalın ta əbəd, Aşiqin dini budur, buldu Nəsimi yövmi-din.
|