Qonaq Kitabı
GƏZDİYİM YЕRLƏR

Əsrlərdən bəri, illərdən bəri

Dərdinə qaldığım yеrdir bu yеrlər.

Biliyor saçları qızıl bir pəri

Qurbanı olduğum yеrdir bu yеrlər!

 

Bu gözəl aləmi gəzdiкcə dağ-dağ,

Oldum sеvincinə, qəminə ortaq.

Еy söyüdlü dərə, еy dumanlı dağ,

Səfaya daldığım yеrdir bu yеrlər!

 

Qapıldım bu yеrdə əyləncələrə,

Anlamış hər irmaq, bilmiş hər dərə,

Ya dalıb diqqətlə düşüncələrə,

Ya ilham aldığım yеrdir bu yеrlər!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info