Qonaq Kitabı
Bir səs

Qərib bir səs gəldi bu gün qəlbimdən:

Ömrün baharında öləcəyəm mən…

Didib parçaladı bağrımı bu qəm,

Üzümə boylandı əlimdə qələm!

Of…Bu səs! Nə qədər ömrümə yaddır.

Mənim ki, gəncliyim qəmdən azaddır!

Qayadanmı qopdu bu daşqəlbli səs?

Həyat öz oğlunu vaxtsız itirməz!

Dağılın başımdan qara xəyallar.

Hələ arzularım, əməllərim var.

Qapımdan getməmiş ömrün ayağı,

Dövran mənzilimə dost gələcəkdir,

Azəri yurdunun şeir bayrağı

Mənim sənətimlə yüksələcəkdir!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info