Qonaq Kitabı
İDARƏDƏN

 

Məcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəlimənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.

Oxucularımızı bu cür iştibahdan[i] çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.

Hər halda Fatının qubernatora çul təqdim eləməyinin indiki qubernatora dəxli ola bilməz. Əvvələn, bu səbəbə ki, hazırdakı qubernator qraf Tizenqauzeni biz dövlətli bir şəxs tanıyırıq: Və əgər müşarileyh bir kasıb kürddən bir çulu qəbul etməli də olsaydı, onu dəxi artıq bir ənam[ii] ilə yola salardı və ikinci də budur ki, necə də yuxarıda işarə olundu, “Fatı” mənzuməsi indiki qubernatordan çox irəli yazılıb.

 

Məcmuənin müdir və baş mühərriri

Cəlil Məmmədquluzadə.

“Molla Nəsrəddin”, 23 dekabr, 1907, â„– 48.



[i] Şübhədən.

[ii] Hədiyyə, bəxşiş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info