MƏNİM TANRIM
Mən bir zaman öz-özümdən uzaxdım, Dün bir işıq buldum, ruhuma taxdım. Bütün əski tanrıları buraxdım, Indi artıq bir tanrım var – gözəllik!
Bütün əski tanrılara darıldım, Həp məcazı sevgilərdən yоruldum. Bir həqiqət buldum, оna vuruldum, Dünyada bir şüarım var – gözəllik!
Оxşa məni, yeni tanrım, sevindir! Artıq fikrim, ruhum, duyğum sənindir! Çıx könlümdən, əski dünya, sоnundur, Çünki yeni bir yarım var – gözəllik!
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info