BİLƏNLƏRƏ
Ey dil, baxırmısan gölü dərya bilənlərə, Zaği-siyahı[i] bülbüli-şeyda bilənlərə.
Bir aşiqi-həqiqi demək heç rəvamıdır Daim məkani-aşiqi səhra bilənlərə?
Səhrayə düşsə də yenə Məcnunmu söylənir Hər bir səfilə düxtəri Leyla bilənlərə?
Оlsun həram nuri-bəsər, əsri zövqdə Şəmi-zəifi bir yədi-beyza bilənlərə.
Оlmaz nəsib şagüli-qönçeyi-həyat Hər bir təbibi həzrəti Isa bilənlərə.
Varkən həyatı guşeyi-zindan məkan оlur Hər zövceyi-əzizi Züleyxa bilənlərə.
Həsrətkeşi-təkəllüm оlur[ii], daima nəsib Sina misalı hər dağı guya bilənlərə.
Zövqi-həyatı anlamayıbdır demək gərək Qəsdi-həyatı cifeyi-dünya bilənlərə.
Cəfər, həmişə hikməti-xilqət nihan оlur Zatın zəkavü əqlə mübərra bilənlərə[iii]. [i] Qara qarğa. [ii] Danışan. [iii] Bu beytin mənası belədir: öz zatını, nəslini ağıldan üstün tutan adama dünyanın hikməti gizlin qalar.
|