Qonaq Kitabı
Səndə, ey Qafqaz, ey gözəl gülzar

Əlibəy Hüseynzadə həzrətlərinin Qafqasiyədən mühacirəti münasibatilə təhəssürat


Səndə, ey Qafqaz, ey gözəl gülzar,

Qəlb açılmaz gülü bənövşə solar.

Daima başqa aşıyanə açar,

Solsa gül, əndəlib olar naçar.

 

Nədən ey gülşəni-fünun və ədəb

Bu qədər xarsən bu dünyadə?

Nə üçün bilmədin? Nə oldu səbəb?

Gəh vida eyləyir bu danədə?!

 

Ah, ey dahiyi-sütudə-nihad

Bizə lütfünlə eylə ətfi-nigah,

Səndən eylər bu millət istimdad.

Ona sizlərsiniz yeganə pənah.

 

Edib əsğa təhəssüratımızı,

Vətən olmaqda pürəsəf naçar

Getmə!.. Məyusü naümid bizi

Etmə, ey tutiyı-şəkərgöftar!

 

Cismü canımda ehtisasatım

Şu kədərli fəraqə nifrət edər.

Getdigin yerlərə xəyalatım

Sürünüb əczlə peykcə gedər!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info