Qonaq Kitabı
Üç dustaq

Xəttimiz yun kimi solubdu tamam,

Olmuşuq çox kifir və biəndam,

Bizə xalq az qalıb baxanda qusa,

Dönmüşük lap yəhudiyə, urusa,

Bu, həqiqətdə çox günah işdi,

Oxşasın xaçpərəstə bir məşədi.

Qadağan indi ki, deyil bu həna,

Yoxdur əsla mümaniət də ona.

Nə üçün böylə fürsəti itirək,

Boş yerə bu vəbalı biz götürək.

Di gəlin, saqqalımızı boyuyaq,

Bir doyunca həna və rəng qoyaq.

Üçü də bu sözü qəbul etdi,

Bir klyuçnik[6] çağırdılar, getdi

Bazara rəng ilən həna aldı,

Gətirib isladıb suya saldı.

Yaxdılar hər üçü də üzlərinə,

Sürtdülər başlarına, gözlərinə.

Bir saatdan sora yuyub silcək

Hamısı oldu qapqara şəvətək.

Xınanı, rəngi yaxmaq ilə həman,

Oldular bir otuz yaşında cavan.

İndi boylum eşit prokurordan,

Mən sənə nəql edim, biryol ordan.

Prokuror ərzəni edib təsdiq,

İstədi eyləsin işi tədqiq.

Gəldi birbaş türməyə girdi,

Əvvəla nadzirateli gördü.

Bir klyuçnik də oldu çün lazım,

Çağırıb bahəm oldular azim.

Qapısın taki açdılar qəmirin,

Qavzayıb halqasın, salıb dəmirin,

Gördülər üç nəfər qarasaqqal,

Buları birdən etdi istiqbal.

Üçü də diksinib çəkildi geri,

Sonra birdən təpildilər içəri.

Diqqətilən dolandılar bir də,

Qoca yox, gördülər həman yerdə

Üçü də ortabab, cavan kişidi,

Ucaboy, şəstli, pəhləvan kişidi.

Nadziratel görəndə bu halı,

Rəngi qaçdı, pozuldu əhvalı.

Əlbəəl çaşdı, lap itirdi özün,

Dili çəpləşdi, anlamırdı sözün.

Fövri baxdı prokrorun üzünə,

Çaldı birdən ikiəlli dizinə.

Dedi, ey vay, yaman günə düşdüm,

O adamlar deyil ki, görmüşdüm.

Nasıl onlar bu cür cavan oldu,

Yoxsa ecazıdır əyan oldu.

Görəsən ya olar çıxıb da qaçıb,

Ya ki bu, başqa bir qəmirdir açıb.

Mən görəndə üçü də yaşlı idi,

Saqqal ağ, ağıllı-başlı idi.

Yoxsa olsaydılar bu halətdə,

Verməz idim riza, həqiqətdə,

Gəzələr arxayın, həm asudə,

Əməyim sərf olubdu bihudə.

Prokuror bir cavan idi, səffak,

Baxçağın bunlara olub qəmnak,

Gördü dustaqları bu halət ilən,

Qeyzə gəldi, soruşdu hiddət ilən:

“Hanı bəs sən nişan verən qocalar?

Görsənən, burda ayrı biclik var.

Buraxıbsan qaçıb günahkarı,

Qatmısan yerlərinə bunları.

Sən böyük rüşvət almısan, şəksiz,

Yoxsa olmazdı bu kələk hərgiz,

İndi söz yox bunu danarsan sən,

Sonra təklifıni qanarsan sən.

Yazaram, tez səni çıxartsınlar,

İşə salsınlar, həbsə qatsınlar.

Ola hər nadziratelə ibrət,

Ta aristanta[7] qoymaya hörmət”.

Qorxudan titrəyirdi zindanban,

Yox idi nitqə onda tab-təvan.

Nə qədər and içib, aman etdi,

Prokuror baxmayıb çıxıb getdi.

Müxtəsər, nadzirateli bir də

Əmilər görməyib haman yerdə,

Qaldılar damda bir uzun müddət,

Oldular qövm-qardaşa həsrət.

Tapdılar bir behişt əlamətini,

Gördülər həm onun kəramətini.

 

“Molla Nəsrəddin”,

2 və 9 mart 1917, â„– 4, 5



[1] Əfsanəyə görə, qədim zamanda Naxçıvan mifik padşah Dağyanusun adı ilə adlanırmış.

[2] Silistçi – müstəntiq (rusca “sledovatel” sözündən gəlir).

[3] Padloq – saxtakarlıq (rusca “podloq” sözündən gəlir).

[4] Qalac – çörək növü (rusca “kalaç” sözündən gəlir)

[5] Nadziratel – həbsxana nəzarətçisi (rusca “nadziratel” sözündən gəlir)

[6] Klyuchnik – həbsxanada yemək tədarükü ilə məşğul olan insan (rusça “klyuçnik” sözündən gəlir).

[7] Aristant – dustaq (rusca “arestant” sözündən gəlir).

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info