Qonaq Kitabı
İYİRMİNCİ FƏSİL

Evə gəldikdə səhərə qədər yata bilmədilər. Gələcək iş yollarını düşünürdülər. İki gün sonra dəmiryol fəhləsi Rüstəmin evində yoldaşları toplamağı qərara aldılar. Qəhrəmani:

- Mübarizədən dönən namərddir! - dedi. - Ya dar ağacına gedəcəyəm, ya da Pəhləvinin zəlil olduğu günü görəcəyəm!..

Fridun:

- Gələcək, o gün gələcək! - deyib qalxdı və pəncərə qabağında durdu.

Şərq üfüqləri ağarmağa başlayırdı. Lakin Tehranın üstündə hələ də qatı bir qaranlıq vardı. Bu, qurtarmaqda olan gecənin pərdəsi idi. Birdən-birə ona elə gəldi ki, üfüqlər al rəngə boyanmışdır. Oradan gözəl bir səhər, pak və təmiz bir gələcək doğmaqdadır. O al rənglər getdikcə artır, böyüyür, bir məşəl, bir azadlıq günəşi kimi bütün dünyanı işıqlandırır.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info