Qonaq Kitabı
SEVİNC VƏ KƏDƏR

– Şəhərdən çıxsınlar, yola salaq, sonra dallarınca böyük bir dəstəylə gedib yolda işlərini bitirək.

Murad özünü saxlaya bilmirdi. Az qalırdı ki, içəri girib onların hər ikisini də doğrasın. Amma sonra onun sözünə kim inanacaq. O, necə də gəlib iyrənc, çirkin bir mühitə düşmüşdü. Murad Əbih Sultanı gözləməyib çıxdı, atının belinə sıçrayıb qızılbaşların düşərgəsinə tərəf çapdı. Lələ bəyi tapıb ona ikicə kəlmə dedi:

– Burada vaxt itirməyib tərpənin.

– Nəyə görə?

– Sözdü deyirəm. Elə indi! – Sözlərini deyib atını döndərib çapıb getdi.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info