Qonaq Kitabı
RUS MƏKTƏBİ, RUS İDARƏSİ

Ərbab Rzaqulu;

Soltan Ağababa;

Atlı Məşədi Həsən;

Şatır Məhəmmədhəsən;

Hamamçı Əli,  Şatır Yusif  - bunlar qardaşdırlar;Soldat Hüseynəli;      

Ofiser Məşədi Abbas

Toyuq Həsən;

Cücə Rza;

Şahsənəm oğlu Tağı;

Qaz Hacı;

Təxtirəvan Məşədi Kərim;

Ayı Məhəmməd;

Rişli Cabbar;

Dəllək Baxşı (vəkil idi).

Ordubadda ləqəbsiz adam yox idi. Hər kəsi bir adama tanıtdırmaq üçün onun ləqəbini deməli idilər. Hələ qadınların ləqəbləri daha maraqlı idi. Çünki bu ləqəblər qadınların xasiyyətindən və simasından alınmışdı. 

QADIN LƏQƏBLƏRİ:

Cibdi Fatma;

Nərdivan Sara;

Güdül Rüxsara;

Çığırqan Püstə;

At Balaxanım;

Keçəl Tutu;

Diliuzun Şövkət;

Dılğır Güllü;

Qazı Fatma (mersiyəxan idi);

Sözbaz Nazan;

Cin Xanım;

Dəllal Mələk;

Zırtı Sadat (əri həllac olduğu üçün bu ləqəbi vermişdilər);

Qız Tutu (bunun qardaşı Bic Məmi idi. O, bacısının ərə getməsini namussuzluq bilirdi, qız 75 yaşında öldü);

Sarı gülsüm;

Ağzısulu Xeyran;

Kəlfirdiş Suğra və s. 

ƏRZAĞIN QİYMƏTİ:

Buğda - 75 qəp. (pudu);

Arpa - 46 qəp.;

Süd - 45 qəp.;

Pendir (təzə - 1 manat 60 qəp.);

Qatıq - 80 qəp.;

Yağ - 6 man.;

Bal - 18 qəp. (girvənkəsi);

Qoyun əti - 8 qəp. (girvənkəsi);

Keçi əti - 5 qəp. (girvənkəsi);

Öküz əti - yalnız saldatlar üçün satılırdı. Pudu 2 man. 50 qəp.

Qaymaq (girvənkəsi) - 10 qəp.;

Qənd (girvənkəsi) - 17 qəp.;

Çay (girvənkəsi) - 50 qəp.;

Kibrit (ikisi) - 1 qəp.;

Sabun (girvənkəsi) - 10 qəp.;

Yumurta (ikisi) - 1 qəp.

Yuxarıda göstərilmiş ərzağın ucuzluğunu nəzərə almayaraq, şəhərdə dilənçi həddindən artıq idi. Xalqda alıcılıq imkanı olmadıqda şeylərin qiyməti ucuzlaşırdı. Məsələn, Cəfər və Zəki kimi dilənçilər meyvə ilə dolu olan şəhərdə yerə atılmış alma və heyva köşəyi ilə yaşayırdılar. Qovun vaxtı gəldikdə onlar edərdilər. Yerə atılan qovun toxumları və qarpız qabıqlarını yığıb yeyərdilər. Fəqirlər, dilənçilər saf meyvə yemək istəsəydi, oğurluğa getməyə məcbur idilər. 1877-ci ildə şiddətli bahalıq olduğundan camaatın bır çoxu dağılmışdı. Hələ o zamandan bəri törəmiş dilənçilərin nəslı bu son illərədək yaşayırdı. Çünki şəhərin bütün gəliri 4-5 nəfərin əlində olduğundan, aşağı təbəqənin dirçəlməsinə imkan yox idi. Hələ bağ sahiblərinin 4-5 nəfər quru mal (xoşkibar) tacirlərinə əsir olduğu və mallarını aşağı bir qiymətə məcbur olduğu da burada qeyd edilməlidir. Məsələn, şəhərin bütün quru malı 4 adama baxırdı:

Hacı Məhəmmədəli Kərim oğlu (Utu Kərim oğlu);

Hacı Qasım (Eşşək Məhəmmədin oğlu);

Ağa Muxtar (Balyeməz Muxtar);

Məşədi Qulaməli (sonra Hacı Qulaməli oldu).



1  Bunlar məşhur Ağalar Soltanın nəvələridir (müəllif qeydi).

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info