AĞACIN ALTINDA KÖLGƏ
Ağacın altında kölgə, Kölgənin altında torpaq, Torpağın altında ölülərimiz. Ağac öləndə kölgəsini aparacaq, Kölgə öləndə günəşi, Günəş öləndə Ölülərə qoşulacağıq biz...
Buludun üstündə ay, Dənizin üstündə ay işığı, Ay işığında ulu bir soyuq. Ayı bulud udacaq, Ay işığını dəniz. Gecəyə qovuşacağıq biz.
Köksümüzün altında ürək, Ürəyimizin altında arzu, Arzumuzun altında biz. Əvvəl biz susacağıq, Sonra qəlbimiz. Arzumuz yaşayacaq, Ağac bitirəcək günəşin altında, Kölgə sərəcək yarpağın altında. Çəkib torpağı üstümüzə Güləcəyik torpağın altında...
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info