Qonaq Kitabı
Ey dəhanın püstəvi lə”™li-ləbin innab tək

Ey dəhanın püstəvi lə’li-ləbin innab tək,

Qamətin sərvü yüzün xurşidi-aləmtab tək.

 

Saru don içində açılmış cəmalın gül kimi,

Zəfər anzar içrə etmiş laleyi-sirab tək.

 

Görgəli hüsnün bolubdur pərdeyi-dil çak-çak,

Əski kətanə toxatmış pərtövi-məhtab tək.

 

Bir vərəqdür çöhreyi-zərdim ləbaləb dərdi-dil,

Əşki-şəngərfi ana hər yan çəkilmiş bab tək.

 

Navəkin peykanləridür oda yanmış könlümə,

Pənbə birlə xəstə ağzına tökərlər ab tək.

 

Ey gözüm, xali dəgül bir dəm cigərxun Kişvəri,

Bir qurusa bir dökülür gözləri dolab tək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info