Ey xəti-səbzin Xızr, vey çeşmeyi-heyvan ləbin
Ey xəti-səbzin Xızr, vey çeşmeyi-heyvan ləbin, Arizin baği-behiştü ğönçeyi-xəndan ləbin.
Höqteyi-yaqutdur ağzın, kəlamın sirri-ğeyb, Dişlərün nasüftə lö’löyi-tərü mərcan ləbin.
Gözlərün hər baxışı tiği-əcəl tək can alur, İsiyi-Məryəm təki ölüyə verür can ləbin.
Xali-mişkin kim, düşübdür ləlün üzrə xal iməs, Bil kim, alundur xərac mülki-Hindistan ləbin.
Kafiri-eşq oldu miskin Kişvəri axir nəfəs Nola gər ağzına qoysa şərbəti-iman ləbin.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info