Necə, ey xodkam, hicründə mana bədnamlıq
Necə, ey xodkam, hicründə mana bədnamlıq, Sən vəfasız dusti sevməkdə, düşmən kamlıq.
Gər səninçün, ey pəri, bədnam olubmən ğəm dəgül, Aşiqəm nami-nikudən yeg mana bədnamlıq.
Sənsizin boldi mana kuyi-ədəm aramgah, Necə çəksün bir kişi peyvəstə biaramlıq.
Zahida, mən etməgil görsən məni məstü xərab Kim, mana sübhi-əzəldən gəldi dərd aşamlıq.
Cami əldən qoyma kim, məlum iməs əncami-kar, Haliya, xoşvəqtdür məstivü biaramlıq.
Bitmədi baği-cahanda sən təki bir şax gül, Sərv boylu, ğönçə ləb, bərgi-səmən əndamlıq.
Gəldi əyyami-şərif, ey məh, zəkati-hüsn içün, Kişvəri xəstəyə bir busə ver bayramlıq.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info