Mənim yarim vəfasızdur, vəfasız
Mənim yarim vəfasızdur, vəfasız, Mənim dərdim, dəvasızdur, dəvasız.
İrax yüzündin, ey ayinərüxsar, Gözüm, könlüm səfasızdur, səfasız.
Saçınğa dedim isə nafeyi-Çin, Pərişan bolma, bolmaz qul xətasız.
Gedəli sən yıxıldı könlüm evi, Xərab olur bəli, ev kədxudasız.
Rəqibə Kişvəri, bolma mə’ariz, Kim, irur hər həqiqətsiz, həyasız.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info