Sən içgəc badeyi-gülgun mana candan xəbər qalmaz
Sən içgəc badeyi-gülgun mana candan xəbər qalmaz, Xumari gözlərün baxgəc həyatımdan əsər qalmaz.
Dodağun içrə dişüni gülər çağında gər görsə, Xəcalətdən sədəf içində mirvaridi-tər qalmaz.
Yetürməz yarə gögərçin anunçün nameyi-şövqim Ki, yanar şö’leyi-ahimdən ana balü pər qalmaz.
Verüb simuzər, ey münim cahanda yaxşı ad qoygil, Mənüm nəmdür özi bilür, əgər qalur, əgər qalmaz.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info