Məndən, ey naseh ki, rüsvayi-cahanam yarsız
Məndən, ey naseh ki, rüsvayi-cahanam yarsız, Arü namus istəmə kim, aşiq olur arsız.
Köksümün çakindən aldı ləşgəri-ğəm canımı, Meyvənün taracıdur, çün bağ ola divarsız.
Səbrü aramım, bu möhnət günlərində qoydular, Mən ğəribi-natəvanı yarsız, ğəmxarsız.
Kakilün tək, ey mənim canü cəhanım hasili, Qalmışam sevdaivü sərgəştəvü pərkarsız.
Yar vəsli istər isən, hicrə qatlan Kişvəri Kim, cahan bağında bir gül bitməz olur xarsız.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info