Rübailər
Biçarə məni-əsir, yarəb, yarəb, Dərmandə mən fəqir, yarəb, yarəb. Elmü əməlim yox ki, ana təkyə qılım, Sənsən mənə dəstgir, yarəb, yarəb. * * * Qılğıl məni-gümrahə inayət, yarəb, Görsət mənə bir rahi-hidayət, yarəb, Vergil nəfəsi-gərm ilə ahi-səhəri, Könlümğə kim, ol qılsa sirayət, yarəb. * * * Ey məhrəmi-pərdeyi-hərimi-hərəmeyn, Vay, sahibi-me’raci-rəsuli-səqəleyn, Sənsən kim, irür dəstü dilün zubəhreyn, Həvva bilə Adəmcğə yüzün qürrətüleyn. * * * Ey şəm’i-yüzün ovci səadət günəşi, Sən türki-Xətaisənü xalın həbəşi. Sən xandəvü mən xandə zəhi fikri-məhal, Mən qul həbəşivü sən çiraği-Qureyşi. * * * Eşqin vətəni cani-həzin bolsə bolur, Gər şahi-gədayə həmnişin bolsə bolur. Beytül-həzənimdə kimpəri yeri iməs, Gər sən təki yari-nazənin bolsə bolur. * * * Yarü meyü novbahar, yarəb, olamı? Budur mana ixtiyar, yarəb, olamı? Bir gün yetirə Kəb’eyi məqsudə məni Bu gərdişi-ruzigar, yarəb, olamı? * * * Cismimni zəifü natəvan qıldı fəraq, Canımnı ədəm sarı rəvan qıldı fəraq. Bolmaz desə kim, yaxşı-yaman qıldı fəraq, Yari məni rüsvayi-cahan qıldı fəraq. * * * Fikrim budurur kim, səni mehman qılabən, Bu cani-girami sana qurban qılabən, Bağrım qanidin şədabi-lə’li gətürüb, Köksüm içidə könülni büryan qılabən. * * * Hər dəm qəmi-eşqin məni ğəmgin qıladur, Xunabeyi-dil çöhrəmi rəngin qıladur, Ey dil, xanı sən ki, ol sənəm imdidən, Zülm ilə sitəmpişəsi ayin qıladur. * * * Ğürbət məni zarü natəvan qıldı yenə, Seylabi-sirişkimni rəvan qıldı yenə, Ğəm bülbülü kim, ovci fərəh bürcündən, Könlüm qəfəsini aşiyan qıldı yenə. * * * Aləmdə məni-xəstəyə bir yar gərək, Hər yar nə kim, yari-vəfadar gərək. İşrət günidə çox bulunur yar, vəli Ğəm köçəricək yar ilə qəmxar gərək. * * * Cana, mənü sən bolğəli, Məhmudü Ayaz, Sən işvəvü naziləvü mən əhli-niyaz. Badə içəli, eyş edəli, vəsl ilə kim, Biz bolmayalı çox olasıdır qışü yaz. * * * Bir saqiyü bir sürahiyü səhni-çəmən, Bir six kəbabü bir büti-sim, zəqən, Bir mütrübü bir kitabü bir şamli-kühən, Artur diləsəm bağrıma biçaq urasən. * * * Ey sərvi-qədin naz ilə pərvərdə nihal, Xali-siyəhin nafəvü ol çeşmi-qəzal; Xurşidi-rüxün birlə irür qaşlərün Bir bədr kim, üstündə doğar iki hilal. * * * Mundaq ki, məni lə’li-ləbin qıldı xərab, Çeşmi-siyəhin bağladı rahi-xoruxab, Bir gün görəsən kəlisa içrə məni, Səccadəvü təsbih qılıb rəhni-şərab. * * * Çün gəlmədi hiç xətt-rəddü qəbul, Mən bəndəligin gör aradə bolma füzul, Gah ola ki, bir ahi-səhər birlə yetə Ki, bolmaya tati-çehelsalə qəbul. * * * Vəh-vəh! Necə xəstədili-fərsudə, Ömrüm tələf, ovqatım ola bihudə. Çeşmimdən axutsun cigər paludə, Həsrət bilə ol lə’li-şərab aludə. * * * Qıldı səri-zülfün yenə divanə məni, Ğərq etdi yenə nafə təki qanə məni, Səhrayi-ədəm sarusuna qıldı rəvan, Ahu təki ol nərgisi-məstanə məni. * * * Ey baği-rüxün rövzeyi-rizvan, qara göz, Künci-dəhənin çeşmeyi-heyvan, qara göz, Ey mərdüməki-dideyi-giryan qara göz, Canım qara göz, canıma canan qara göz. * * * Hər qovm ilə qıldım bu cahan mülkünü seyr, Gəh maniyi-şər’ buldumü gəh maniyi-xeyr, Gör kim, nə müsəlman bolubəm axəri-kar, Mən mö’təkifi-məscidü dil, sakini-deyr. * * * Ey qönçeyi-firdovs, ləbin bikəmü keyf, Yüzünə birar xali-vəfa yoxluğu heyf. Bir xani-vüsalinğə çağır nola məni, Yox sizdə məgər qaideyi-əkrəmü zeyf. * * * Ey vay ki, qaldım yenə qürbətdə qərib, Nə yarü nə qəmxarü nə həmdəm, nə təbib. Nə halıma behbud, nə dərdimğə təbib, Nə vəslinə ümid, nə hicrinə şəkib. * * * Qürbətdə kişi istəsə mavayi-qərib, Bir guşeyi-viranə irür cayi-qərib. Biçarə qəribi ki, olur halətdə Başında bir ev yox ki, deyə vay qərib. * * * Yüz şükr ki, sərf eylədim əyyami-şəbab, Məhbubü şərab ilə məni-xanəxərab; Şirü meyü baği-İrəmü hurü qüsur, Bu cümlə sənəvü mənə, məhbubü şərab. * * * Ey sürməli çeşmin iki badami-siyah,
|