Yardən bir dəm cüdalıq ixtiyar etmək nolur
Yardən bir dəm cüdalıq ixtiyar etmək nolur, İxtiyar olsa kişinin tərki-yar etmək nolur.
Bülbüli-möhnətkeşəm mən bilməzəm kim, yarsız Gülşəni-gülzarü təmaşayi-bəhar etmək nolur.
Talibi-rüxsarına kirpiklərindən bak ağız, Gül vüsalın istəyib pərvayi-xar etmək nolur.
Aşiq oldur kim, əgər düşsə fəna dəryasına, Kişvəri tək bilməyə meyli-kənar etmək nolur.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info