Qonaq Kitabı
Yardən bir dəm cüdalıq ixtiyar etmək nolur

Yardən bir dəm cüdalıq ixtiyar etmək nolur,

İxtiyar olsa kişinin tərki-yar etmək nolur.

 

Bülbüli-möhnətkeşəm mən bilməzəm kim, yarsız

Gülşəni-gülzarü təmaşayi-bəhar etmək nolur.

 

Talibi-rüxsarına kirpiklərindən bak ağız,

Gül vüsalın istəyib pərvayi-xar etmək nolur.

 

Aşiq oldur kim, əgər düşsə fəna dəryasına,

Kişvəri tək bilməyə meyli-kənar etmək nolur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info