Qonaq Kitabı
Yad eylə düşgəc şəbi-ğəm söhbəti-dilxahlar

Yad eylə düşgəc şəbi-ğəm söhbəti-dilxahlar,

Dartaram həsrət bilə bağrımdan odlu ahlar.

 

Zərdü lağərdür visalın xirmənindən ayrılıb,

Evinün divarinə mən tək yapışqan gahlar.

 

Bir mənim bir kuhkən Məcnun ilən yekdil rəfiq,

Vadiyi-eşq içrə düşmiş bir neçə gümrahlar.

 

Payimali-ləşkəri-ğəm könlüm oldu lacərəm,

Bəlkə afətdür hər tərəf, etsə zalim şahlar.

 

Keçdi məndən sali dövr ol mahü mən bihuş, vay

Kim, keçər bizdən xəbərsiz munca salü mahlar.

 

Nə mən muflis əsirəm ol zənəxdan çahinə

Kim, bolupturlar əsir ol çahə sahib çahlar.

 

Kişvəri tək quluna sadiq şəha, yox bir qulun,

Bolsa yüz min sadiqül-ixlasi-dövlətxahlar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info