Məni mən etmə, ey zahid, fəğandan ruyi-yar olğac
Məni mən etmə, ey zahid, fəğandan ruyi-yar olğac Ki, bülbülnin fəğandan ixtiyarı yox bahar olğac.
Nə yarımdan vəfa gördüm, nə xoşluğ ruzigarimdən, Vəfalu yar həm xoşdur, cəfayi-ruzigar olğac.
Fələk eyvanına hər yan düşər od könlüm ahindən, Yıxar tufan səlamət evini çeşm əşkibar olğac.
Vəsiyyətin bu kim, andan qoparma, ey səhər yeli, Səri-kuyində bu xaki təni-zarim ğubar olğac.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info