Səlamət əhlini xunxarə çeşmin nagəhan görgəc
Səlamət əhlini xunxarə çeşmin nagəhan görgəc, İrür xöşbəxt onun tək kim, hərami karivan görgəc.
Xuraman qəddini görgəc məni-divanə can verdim, Uş andaq kim, verür can tilbə it abi-rəvan görgəc.
Saçun fikridürür könlümdə, yox təskini anunçün Necə uysun bir av qoynunda tulğanmış yilan görgəc.
Bəzətmiş zərvərəq birlə yüzü tərk azdurdu könlümni Ki, tiflin meyi çoxraqdur vərəqi-zərfişan görgəc.
Nişani-xaki-payini öpərmən xanda kim, görsəm, Anun tək kim, öpərlər xəlq sultandan nişan görgəc.
Sarı don içrə ta görsəni laləm təhəyyürdən Ki, çıxmaz üni bülbülnin gülüstani xəzan görgəc.
Səri-kuyində anmaz Kişvəri firdovsi-gülzari, Mühəqqər bağı unutdu behişti-cavidan görgəc.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info