Çün cəmalın pərtövi-sübhi-kəramətdür mana
Çün cəmalın pərtövi-sübhi-kəramətdür mana, Bir nəfəs kim, görməzəm şami-qiyamətdür mana.
Səndən ayru kim, diri qaldım anunçün dəmbədəm, Dişləyib ağzımda əngüşti-nədamətdür mana.
Sanma kim, yağan doludur hər bahar əflakdən Kim, zəmanə yağdırıb; səngi-məlamətdür mana.
Gözlərün dövrində, yarəb kim, zəvali bulmasın Guşeyi-meyxanə kim, cayi-iqamətdür mana.
Mən məlamət kuyinin ovbaşiyəm, ey Kişvəri, Adı bədnam eyləyən rindü səlamətdür mana.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info