Qonaq Kitabı
Lüğət

Nəyyiri-rüxsar - üzün işığı

Nəfsi-nəfis - qiymətli nəfs

cmi-dürərbar - dürr yağdıran ulduz

Nizami-behcət - gözəllik nizamı

 

 

Ö

Ömri-təvil – uzun ömür

P

Payeyi-tədbir - tədbir payəsi, ölçüsü

Payi-mələx - çəyirtgə ayağı

Pənbərəis - pambıqəyirən

Pənbeyi-daği cünun - divanəlik dağının pambığı

Pərdeyi-ixva - gizli pərdə

Pəripeykər - gözəl əndam

Pərtövəfkan - işıqsaçan

Pərtövi-rüxsari-ziyadar - işıqlı çöhrənin nuru

Pərtövi-hüsn - gözəllik nuru

Pirəhən - köynək

R

Rayici-bazari-vəsl - vüsal bazarının gözəli

Rahazimun - sınaq yolu

Rahi-vəsli-pürtəşviş - təşvişli vüsal yolu

Rəviş - yol, üsul

Rəqibi-şumtinət - pis niyyətli, pisxasiyyətli rəqib

Rəsən - ip

Rəhnimun - yolgöstərən

Rindi xərabat - xərabat rindi

Rindi-şəfiq - mehriban rind

Rical - kişilər

Ricət - müraciət etmək, qayıtmaq

Rişteyi-ümmid - ümmid sapı

Rüxi-al - al, qırmızı üz

S

Sağəri işrət - kef, eyş-işrət camı

Sayeyi-ümmid - ümid kölgəsi

Safzəmir - saf ürəkli, saf düşünən

Seyli-sirişk - göz yaşı, seli

Səbheyi-səddanə - yüzdanəli təsbeh

Sədrnişanan - başda əyləşənlər

Səməndi-tünd - iti, bərk qaçan at

Səri-sevdayi-zülf - sevda zülfünün ucu

Sərməsti-cami-cəhl - cəhalət camının məsti

Sərxəti-məşqi-cünun - divanəlik məşqinin baş xətti

Səfbəsteyi-istikbar - təkəbbür sırasında duran

Sineyi-suzan - yanan, odlanan sinə

Simintən - gümüşbədənli

Sixi-möhnət - qəm şişi

Suzişi-nar - od yanğısı

Suzü güdaz - yanıb qovrulmaq

Süluk - yol, adət, qayda

Süpah - qoşun

Süpehr - fələk

T

Taleyi-nasaz - pis tale

Taş - tay, şərik, bayır

Taəti-naqis - naqis, qüsurlu itaət

Təqəzayi-zaman - zamanın xahişi ilə

Təqvakeş - pakəməlli

Təzərrö - ah-nalə

Tələti-zibayi-yar - yarın gözəl çöhrəsi

Təməllüq - yaltaqlıq 

Təmkini-daniş - bilik təmkini

Təmhidi-cibişdan - cibin xeyri

Tərazuyi-əyari-möhnət - möhnət, qəm, əyarının tərəzisi

Tərəhhüm - mərhəmət

Təriqi-eşq - eşq yolu

Təriqi-imtahan - imtahan yolu

Təriqi mülki-cəmiyyət - cəmiyyət mülkünün yolu

Təfsiri-su - pis mənalandırmaq

Təxmir - birləşdirmək

Təhti-əqdam - qədəmlər altında

Təcdidi-peyman - əhdi-peymanı təzələmək

Təcəlla - təcəlla etmək, özünü göstərmək

Tiği-zəfərəngizi-eşq - eşqin zəfər çaldıran qılıncı

Tiği-Xəta - Xətanın qılıncı

Tövqi-zənciri-cünun - divanəlik zəncirinin tövqü

Tömeyi-gürgan - qurdların yemi

Tüyuryanə -  quş kimi

Tutayayi-məqdəm  - qədəm tutiyası

Ü

Üqabi-eşq -  eşq qartalı

Üqdeyi-sineyi-pürxut  - qəmlə dolu sinənin düyünü

Ümmihat -  analar

F 

Fanusi-ömr  - ömr çırağı

Fanusi-hümmət - hümmət çırağı

Fəthi-bilad -  şəhərlərin fəthi

Firdovsi-bərin - iç behişt

Fulad -  polad

Füsun -  hiylə

 

X

Xazini-gənci-vəfa -  vəfa xəzinəsinin xəzinədarı

Xaki-məlal -  qəm torpağı

Xanni-kərəmi-nemət - nemət, səxavət süfrəsi

Xəzani-təfriqə - ayrılıq xəzanı

Xərməngəhi-təzlil - zəlalət xırmanı

Xətti-ricət - qayıdış xətti

Xunbar - qansaçan

Ç

Çeşmi-gühərpaş -  gövhər saçan göz

Çeşmi-məxmur  - xumar göz

Çövkan -  oyun, oyunda topu vurmaq üçün başı əyri ağac

Çöhreyi-zərd - sarı çöhrə, üz

C

Canibi-şəh - şahın tərəfi

Cəbin - alın

Cəlladi-dun - alçaq cəllad

Cəlladi-xunaşam -  qaniçən cəllad

Cəmşidi-cəmara -  cambəzəyən Cəmşid

Cismi-nəhif  - zəif cism, bədən

Ş

Şəmşiri-sərməhrəmi-raz - sirlərin baş məhrəmi olan şair

Şanəvəş - daraq kimi

Şahrahi-eyni-məqsud - məqsəd çeşməsinin ana yolu, baş yolu

Şeştəri-heyrət - heyrətin altı qapısı

Şəqavət - kin, qəzəb, sərtlik, düşmənlik

Şəmsi-ariz - üz günəşi

Şəmşiri tiğ - iti qılınc



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info