YALNIZ SƏNSƏN!
Yalnız sənin, ülkər, sənin eşqindir Ağladan gözümü, yaxan dilimi. Zülm eyləmə, zalım, dünya beş gündür! Qoy deyim sözümü, kəsmə dilimi!
İnsafın nə söylər qıldığın zülmə? Söylə, bircə nədir diləyin sənin? Mən ağlayır ikən sən mənə gülmə, Yoxsa ki, daşmıdır ürəyin sənin.
Dinlə birər-birər dərdi-dilimi, Vurduğun yaradan xəbərin olsun! Bəsdir, yetər daha kəsdin dilimi, Ahim atəşindən həzərin olsun!
Süzgün nigahının, saçıq zülfünün Həsrətin çəkməkdən cəzana gəldim. Tükənməz səbrinin, ağır zülmünün, Əlindən, mələyim, mən cana gəldim! Sənsizsə nə edim, yaşarmıyam mən?! Gen dünya başıma zindan olmazmı? Mənsiz başqasıyla yaşarmısan sən? Könlün sızlamazmı, nalan olmazmı?!
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info