SÜZGÜN NUR
Açarkən qönçələr bərli-bəzəkli, Gülüm, düçar oldun xarəmi, nədir?! Ayın qərasında o gecə rəngli Büründüyün məcar qarəmi, nədir?!
Ədayi-həsrət var gül dodağında, Hümayi-firqət var al yanağında, Baisi solmanın bu gənc çağında Könlünə vurulan yaramı, nədir?!
Bütün keçmişləri gətirdin yadə, Firqətindən oldu dərdim ziyadə, Yoxsa əlindəki şişeyi-badə, Könlümün dərdinə çarəmi, nədir?!
Gənclik səmasının nuri-bülluri Parladıqca parlar, saçar süruri, Görürkən mən səndə o süzgün nuri Derəm, yoxsa bu məhparəmi, nədir?!
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info