Qonaq Kitabı
TƏRKİBƏND

İnsanlığa şayəstə nədirsə onu dərk et,

Mən “zalimi-dəhrəm”, deyərəm, əymə gülahı.

Məzlumə cəfa, həqq-həqiqətdə cəfadır,

Məzlumların, çünki, odur püştü pənahı.

Heç bir kəsə zülm eyləmə dərgahi-xudadə,

Zülmü sitəmin həddən artıqdı günahı,

 

Əndişə qılıb mərəkeyi-ruzi-cəzadən,

Gəl eylə həzər, ba həzər ol qəhri-xudadan!..

 

Məşhərdə çəkərlər səni divani-sualə,

Onda nə cavabın olu? - Bir dal bu xəyalə!

Tiflanə, nə baziçə, bu səndə nə həvəsdir,

Çat həddi-büluğə yetişib həddi-kəmalə.

Hər karı özündən tələb et, nəfsini anla,

Heç bir işini qeyrilərə etmə həvalə.

Zahid səni təkfir ilə yad etsə də baxma,

Eşqi-rəhi-məşuqədə çək başə piyalə.

Elmü hünər əshabını tap, kəsbi-hünər qıl,

Cəhl içrə məhi-ömrünü döndərmə zəvalə.

Təhsili-hünər lazimeyi-növi-bəşərdir,

Təhsil ilə hər kəs yetişər cahü cəlalə.

Şəxsin aranır hüsni-kəmalı ədəbində,

Əlbəttə, baxılmaz üzə, üzdə xətü xalə!

Əqlü ədəbi olmayanın dini də yoxdur.

Səy eylə ki, çarə tapıla bəlkə bu halə.

Aç çeşmi-bəsirət, qılıb öz halını islah,

Tədric ilə nöqsanı özündən et izalə.

 

Əndazəni saxla, deyələr dost ilə düşmən  -

Əhsən, təbarəkt, təbarəkt və əhsən!..

 

İslahə çalış halını, kim, vəqtdir əlan,

İslahi-ümur etməyən olmazmı peşiman.

İzzətlə sərəfrazi-əcanib idik, amma...

Şimdi oluruz gör nə rəzalətlə pərişan.

 

Dil mülkünə kim səpdi, könül, toxmi-nifaqi,

Kimlər bizi öz məqsədinə eylədi qurban?

Aqilsən özün, əql veribdir sənə xaliq,

Hər bir işi öz əqlinə sor, eyləmə tüğyan.

Milliyyətə xidmətlə, məhəbbətlə əcanib,

Yüksəldi səmavatə qədər, eylədi teyran.

Nə düşməni, nə dostunu təfriq edən olduq,

Nə harisi-milliyyəvü nə dinə nigəhban.

Sən müstəme ol sözlərimə, söyləmə, Bədri –

Bir kimsədürür fərqi-səfalətdə pərişan.

 

Kərçi nəzəri-əhli-təfaxürdə həqiriz,

Bir daiyi-xeyri-şərəfiz, safzəmiriz.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info