Qonaq Kitabı
Cahan əhlində bir-bir yoxladım, gördüm vəfa yoxdur

Cahan əhlində bir-bir yoxladım, gördüm vəfa yoxdur,

Hüquqi-aşinayi anlayan bir aşina yoxdur.

 

Nəzakətlə dolandım, ülfət etdim xeyli kəslərlə,

Fəqət, onlarda aldatmaqdan özgə macara yoxdur.

 

Düşərlər rəngdən-rəngə, nə məslək var, nə qeyrət var,

Deyərsən, üzlərində bir belə şərmü həya yoxdur.

 

Qılı özgə gözündə çox uzaqdan dərk edər, lakin,

Nədəndir, öz gözündə tiri görməkçin ziya yoxdur.

 

Səfadan dəm vururlar xeyli kəslər bəzmi dənyadə,

Bu isə kər səfa, bilməm, cahanda bəs cəfa yoxdur?

 

Həyatda yox səninçin yer bunu sən, Bədriya, anla,

Yığışdır rəxtini, köç eylə, kim burda səfa yoxdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info