Nigarın zülfi-ənbarbarın öpsə şanələr bir-bir
Nigarın zülfi-ənbarbarın öpsə şanələr bir-bir, Həsəddən dil yanar, çeşmim tökər dürdanələr bir-bir.
Nə zalim şah imişsən, ləşkəri-hüsnün çəkib hər dəm, Törətdin mülki-dildə çox böyük viranələr bir-bir.
Könüllərdir alan pərvanətək şəmi-rüxün dövrün, Nola ol atəş içrə yansalar pərvanələr bir-bir.
Nigara, müflisi-eşqəm, tükənmiş taqətim, tabım, Tərəhhüm qıl mənə, gör, rəhm edir biganələr bir-bir.
Tapılmaz bir nəfər əhli-cünun, Bədri, tapar səhhət, Əgər zənciri-zülfə bağlana divanələr bir-bir.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info