Bunca xəstə könlümə zülm etmə, ey qaşı kaman
Bunca xəstə könlümə zülm etmə, ey qaşı kaman, Zülmi-nahəqdən, yəqin titrər zəminü asiman.
Çeşmi-məstin qətlimə əldə tutub şəmşiri-tiz, Ələman cəlladi-xunaşam əlindən, ələman.
Navəki-qəmzən açıb sinəmdə min-min yarələr, Yox əlacım, halım olmuş ah.., gün-gündən yaman.
Ey mənə “tab et” deyən, eşq aləmindən bixəbər, Eşq olan yerdə olurmu taqətü tabü təvan?
Atəşi-hicrində yandır canı, qurtar, Bədriya, Bir daha ol mahruyin vəslinə yoxdur güman.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info