Olmasa ləli-ləbin badeyi-nab olmaz idi
Olmasa ləli-ləbin badeyi-nab olmaz idi, Badeyi-nabidə bu ləli-müzab olmaz idi.
Anlasaydı dəhənin sirrini zöhhadi-cünun, Bu qədər eşqini təhsilə kitab olmaz idi.
Almasaydı gün əgər pərtövi-hüsnündən nur, Yoxsa şəms aləmə mərkəzdə hesab olmaz idi.
Gəlməsəydi bu cahan mülkünə övladi-bəşər? Bərqi ah ilə yanıb xanəxərab olmaz idi.
Bədriya, badeyi-gülnar ilə məst olsa idim, Qəm şişində bu könül mürğü kəbab olmaz idi.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info