Gülzari-vətən içrə bu nə zağü zəğəndir?
Gülzari-vətən içrə bu nə zağü zəğəndir? Zağü zəğənə yoxsa ki, gülzar vətəndir?
Gəl şurə, çıxar sövtini, yax aləmi, yandır. Ey bülbüli-təbim, bu kədər səndə nədəndir?
Ahəstə gedib söylə qulağinə rəqibin, Naməhrəmə bu yerdə gəzinmək qədəğəndir.
Bir qitə vətən torpağı çeşmi ürəfadə, Əfzəldir o şeydən ki, o, zahid diləyəndir.
Oxşatma vətən bağını firdövsi-bərinə, Bədri ora bir başqa, bu bir başqa çəməndir.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info