AĞLAYA BİLMİRƏM, ANA
Ağlaya bilmirəm, ana, Gilə-gilə əriməkdən qorxuram. Şimşəklərlə oynayıram bu dağlara çıxalı, Küləklərlə dağılıbdır saçlarımın sığalı... Ətəklərdə yeriməyə, yüyürməyə düz çoxdur. Üzüm üzlər görübdür, Görəcəyim üz çoxdur. Baş qoyub rahat-rahat uymağa diz çoxdur, Hər dizə də baş qoyub Ağlamaq olmur, ana!... Yollarıma qayğıyla Yağan yağışlar da var, Ayağıma dolaşıb çilik-çilik doğranan. sınan baxışlar da var... Boyda məndən də uca Neçə qəlbi xırda var. Şüşə baxışlar çoxdur Bir daşla hamısını Sındırmaq olmur, ana! Hər qəlbə bir-bir girib İnam çırağını da Yandırmaq olmur, ana! Ürəyimdə ağrılar Gəzirəm gülə-gülə... Hər nadan görə-görə Ağlamaq olmur, ana, Olmur, ay anam, olmur!
|