QAPAMAYIN GÖZLƏRİMİ...
Vaxtlı-vaxtsız bir ölümdür, gələcək, Boğub məni qəh-qəh çəkib güləcək. Açıq qalan gözlərimsə görəcək, Qapamayın gözlərimi, amandır.
Baxacağam yurdumun dan üzünə, Tarixində quruyan qan izinə. Gözüm dönər bir tufan dənizinə, Qapamayın gözlərimi, amandır!
Bir cüt çiçək - gözlərimdir, baxacaq, Zirvələrə, izlərimdir, çıxacaq. Bir bulağa qoşularaq axacaq Qapamayın gözlərimi, amandır!
Ulduzlara qoşularaq hər gccə, Dönəcəkdir göy üzündə nərgizə, Ana yurdum gözəlliyə sərgisə Qapamayın gözlərimi, amandır!
Gülə-gülə qovuşanda il-ilə, Görəcəyəm Araz axır gül ilə, İmkan olsa qılınc qoyun qəbrimə, Qapamayın gözlərimi, amandır!
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info