Qonaq Kitabı
QAPAMAYIN GÖZLƏRİMİ...

Vaxtlı-vaxtsız bir ölümdür, gələcək,

Boğub məni qəh-qəh çəkib güləcək.

Açıq qalan gözlərimsə görəcək,

Qapamayın gözlərimi, amandır.

 

Baxacağam yurdumun dan üzünə,

Tarixində quruyan qan izinə.

Gözüm dönər bir tufan dənizinə,

Qapamayın gözlərimi, amandır!

 

Bir cüt çiçək - gözlərimdir, baxacaq,

Zirvələrə, izlərimdir, çıxacaq.

Bir bulağa qoşularaq axacaq

Qapamayın gözlərimi, amandır!

 

Ulduzlara qoşularaq hər gccə,

Dönəcəkdir göy üzündə nərgizə,

Ana yurdum gözəlliyə sərgisə

Qapamayın gözlərimi, amandır!

 

Gülə-gülə qovuşanda il-ilə,

Görəcəyəm Araz axır gül ilə,

İmkan olsa qılınc qoyun qəbrimə,

Qapamayın gözlərimi, amandır!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info