Qonaq Kitabı
Sübh açıb mah rüxindən niqab

Ayrılığı sizləri yandırmırı?

Bəs nə üçün eyləməsiz nalələr?

Çünki mənim mahrüxüm eylədi

Canibi-əğyarə bu gündə səfər,

Sübhü məsa naləmə ağlar fələk,

Şölə çəkər ahimə pərvanələr.

Çünki mənim naləmi bülbül görüb,

Uçdu çəməndən oluban dərbələr.

Aytdı cavabımda mənim Müştəri,

Ey yanan eşq oduna şamü səhər!

Çarəsi yox ayrılığın, qeyri-səbr,

Nalə çəkib, ağlayasan yüz əgər,

İczü niyaz ilə yenə yalvarıb,

Cəm kavakiblərə mən sərbəsər

Dedim, əgər bu qəmə var bir əlac,

Tanrı rizasına deyin dustlər!

Gəldi zəbanə o zaman kövkəban,

On iki bürc, həm də ki, şəmsü qəmər.

Aytdı: key, aşiqi-şuridə hal,

Səbr elə, fəryadə yetər zülcəlal!



[i] Niqab – Pərdə, örtük.

[ii] Kövkəbeyi-afitab – Günəşin üzü, ziyası.

[iii] Ləkkeyi-mişkin–Qara bulud ləkəsi.

[iv] Badili-suzan – Yanıq ürəklə.

[v] Əbri-siyəhru – Qara bulud.

[vi] Səri-pürşur – Bəlalı baş.

[vii] Rədi-xüruşan – Göy gurultusu.

[viii] Qətreyi-baran–Yağış damlası.

[ix] Canibi-gülzar – Güllük tərəf.

[x] Günbədi-dəvvar – Dövr edən çərx, dünya.

[xi] Əşk – Göz yaşı.

[xii] Səfheyi-rüxsar – Üz.

[xiii] Rəviş – Gediş, qayda.

[xiv] Xuni-cigər – Ciyər qanı.

[xv] Dudi-dil – Ürəkdən çıxan tüstü, ah.

[xvi] Sabitü səyyarə – Sabit duran və hərəkətdə olan ulduzlar.

[xvii] Rəsi-zənab – Zənəbin başı (zənab at quyruğu şəklində ulduzlar dəstəsidir).

[xviii] Xünabfişan – Qan yaş tökən.

[xix] Suxtə-can – Canı odda yanmış.

[xx] Fərd – tək, iki misradan ibarət şeir.

[xxi] Pərdeyi-ixfa– Gizli pərdə.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info