Qonaq Kitabı
Sübh açıb mah rüxindən niqab

Sübh açıb mah rüxindən niqab,[i]

Etdi tilu kokəbeyi-afitab.[ii]

Hər yana nəzzarə qılıb görmədim,

Ol məhi, çün könlüm edib iztirab.

Hicr qəmi canımı etdi fikar,

Firqət odu bağrımı etdi kabab.

Gördüm o dəm gün üzünü eylədi

Xəlqə nihan ləkkeyi-mişkin səhab.[iii]

Yadə düşüb dilbərimin etdiyi,

Zülfi-siyahin məhi-rüyə niqab.

Çıxdı başımdan o zaman əqlü huş,

Getdi ürəkdən o zaman səbrü tab.

Ahü fəğanlar çəkibən eylədim

İczilə xurşidə bu növi xitab:

Firqəti-cananə əgər çarə var,

Eyləgilən, bəsdi sənə bu savab.

Gördü çü ol nov ilə əhvalımı,

Könlü yanıb halıma oldu xərab,

Aytdı: gey, aşiqi-şuridə hal,

Səbr elə, fəryadə yetər zülçəlal!

 

Əbrə o dəm badili-suzan[iv] ilə

İcz elədim dideyi-giryan ilə,

Aytdım: əya əbri-siyəhru,[v] məgər

Var qərəzin mehri-dirəxşan ilə?

Əbr, məgər görməmisən ayrılıq,

Olmamısan tuş belə tufan ilə?

Pərdə çəkib xurşidə, kokəbləri

Yandırısan atəşi-hicran ilə.

Eylə nəzər bu sərvi-pürşurimə,[vi]

Könlümü gör, kim, doludur qan ilə.

Səng çəkər şölə, şərarə tökər,

Görsə məni bu dili-suzan ilə.

Xatiri-Allah üçün ey əbr, gəl

Çarə qılıb, dərdimə dərman ilə.

Halimi nəzzarə qızılı, yandı əbr.

Nalə çəkib, rədi-xüruşan[vii] ilə.

Ağlayıb əhvalıma, tər eylədi

Yer üzünü qətreyi-baran[viii] ilə.

Gördü dili-zarimi, rəhmi gəlib,

Verdi təsəlli mənə əfğan ilə.

Aytdı: key aşiqi-şuridə hal,

Səbr elə, fəryadə yetər zülcəlal!

 

Əzm elədim canibi-gülzarə[ix] mən,

Ta ki, qılım güllərə nəzzarə mən.

Xar gəlib gül gözümə, zəlzələ

Saldım o dəm günbədi-dəvzarə[x] mən.

Qönçələrin hər birisin oxşadıb

Həsrət ilə ləli-ləbi-yarə mən.

Sərvi görüb əşk[xi] rəvan eylədim.

Zərrə sifət səfheyi-rüxsarə[xii] mən.

Yüz qəm ilə seyr eləyib gülşəni.

Uğradım ol dəmdə ki, çün xarə mən,

Ahü fəğan ilə çü etdim xitab,

Bu rəviş[xiii] ol xari-sitəmkarə mən:

Hicri-cəfakarsan ey xar, sən,

Bülbüli-qəmdideyi-biçarə, mən,

Bülbüli-məhzun eşidib bu sözü,

Aytdı: mənəm bülbüli-avarə, mən.

Sənsən əgər hicr oduna odlanan,

Bir də dəxi bəxti olan qara mən.

Aytdım: əya bülbüli-möhnətzədə,

Çarə nedim bu qəmi-büsyarə mən?

Aytdı: key aşiqi-şuridə hal,

Səbr elə fəryadə yetər zülcəlal!

 

Gördü mənim halımı ol gülstan,

Bağrı yanıb, gülləri oldu xəzan.

Əbr mənim halıma qan ağladı,

Rədi-xuruş eylədi, çəkdi fəğan.

Bərq çalıb başını daşdan daşa,

Xuni-cigər[xiv] eylədi gözdən rəvan.

Mehr tülu etməyə peşman olub,

Şərm qılıb, didədən oldu nihan.

Dudi-dilim[xv] tirə qılıb aləmi,

Şahi-həbəş Şamə çevirdi inan.

Sabitü səyyarəvü[xvi] rəsi-zənəb,[xvii]

Bürci-kəvakib həmə oldu əyan.

Daxil olub məclisi-əhbabə mən,

Cəm idi gördüm həmə pirü cavan,

Aşiqü məşuqə həmə cabəca,

Bir-birinə munisü həm mehriban.

Yoxdu olar içrə mənim dilbərim,

Şəmə fəğan ilə dedim ol zaman:

Ey ki, yanan mən kimi hicr oduna,

Çarə nədir bu qəmə, eylə bəyan!

Aytdı key, aşiqi-şuridə hal,

Səbr elə, fəryadə yetər zülcəlal!

 

Şəm çəkib ah, aman eylədi,

Hicrə yanan bağrımı qan eylədi.

Vəsli-rüxi-yar düşüb yadıma,

Didəmi xunabfişan[xviii] eylədi.

Göz baxıban, görmədi dildarını,

Hər tərəfə Dəclə rəvan eylədi.

Gördü çü pərvanə mənim halımı,

Şurə gəlib ahü fəğan eylədi,

Aytdı: key, bəxti yanan binəva,

Kim sənə bu zülmi əyan eylədi?

Yarini əldən alıban, sinəni

Hicr oxuna böylə nişan eylədi?

Söylədim, ey şəmə olan mübtəla,

Ol ki, səni suxtə-can[xix] eylədi,

Saldı məni də bu qəmü möhnətə,

Gülşəni-eyşimi xəzan eylədi.

Tarı üçün, çarə bilirsən, elə,

Gör qədimi hicr kaman eylədi.

Yandı mənim halıma pərvanə çün,

Şur ilə bu fərdi[xx] bəyan eylədi;

Aytdı: key, aşiqi-şuridə hal,

Səbr elə, fəryadə yetər zülcəlal!

 

Onda edib səhni-sərayə güzər,

Canibi-əflakə ki, saldım nəzər,

Cəm görüb cümlə kəvakibləri,

Bircə o məh bəzmdə yoxdur məgər?

Ahü fəğan ərşi-bərinə salıb,

Aytdım: əya çərxdə səyyarələr.

Hanı sizə şah olan ol mah bəs,

Pərdəyi-ixfayə[xxi] giribdir əgər,



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info