Qonaq Kitabı
Ey səba, ey məhrəmi-razi-dilim

Ey səba, ey məhrəmi-razi-dilim,[i]

Sənlə asan olmuş hər bir müşkülüm.

Ey səba, ətrin misali-ətri-yar,

Aləm olmuş bax, səninlə laləzar.

Ey səba, ey qasidi-dildari-mən[ii],

Ey səba, ey munisi-qəmxari-mən.

Çarə qıl, ey yari hər avarənin,

Ey olan qəmxari hər biçarənin.

Eyləsən gər küyi-yarə bir güzər,

Axtarıb tap, ver ona məndən xəbər.

Harda görsən dostları, badi-səba!

Yollarında canını eylə fəda.

Söylə məndən onlara ərzi-səlam.

Sonra eylə lütflə ərzi-peyam[iii],

Söylə, ey yarım, əzizim, sərvərim,

Ey əqisü munisü qəmpərvərim,

Mən kimi ey qəmzədə avarələr,

Xanimandan dur[iv] olan biçarələr,

Ey mənim tək hicri-cananə əsir,

Ey qəmi-dünya əlində dəstkir,

Ey mənim tək qəlbini eşqə verən,

Ey yara həsrət qalan, zillət görən,

Ey mənim tək ayrılıq pabəstəsi[v],

Dəhrdə nakam, sövda xəstəsi.

Ey mənim tək çox görən dərdü bəla,

Qürbət ellərdə çəkən min bir cəfa.

Ey mənim tak pəjmürdə hal[vi],

Ey şəbihi-bülbüli-bipərü bal[vii],

Saldınızmı xatirə heç halımı?

Sordunuzmu bir zaman əhvalımı?

Get-gedə dərdim mənim əfzun olur,

Ağlaram, göz yaşlarım Ceyhun olur,

Olmuşam çün yarü yoldaşdan cida,

Olmuşam min bir əzabə mübtəla.

Gündüzüm olmuş gecə, halim yaman,

Bunca möhnətdən dodağa gəldi can,

Gözlərim yaran deyib, hey yol çəkər,

Ruizü şəb durmaz, haman qan yaş tökər,

Dostların hicranı ilə hər zaman,

Gözlərimdən Dəclələr olmuş rəvan.

Çünki aləm göz yaşımdan oldu nəm,

Bir ovuc torpaq da yox başə tökəm.

Bada[viii] getdi dağlar ahımdan həmən,

Şadlığım getdi dili-naşadidən.

Dostların hicrilə qəlbim qan olub,

Ol qan ilə gözlərim giryan olub.

Səbr qəlbimdən mənim çox durdur,

Hicr əlindən gözlərim kəmnurdur.

Yarəb, heç kəs olmasın mən tək qəmin,

Olmasın dərdi füzun aşiqlərin.

Ey səba, ey murği-fərrux-fali[ix]-mən,

Halimi gər sorsalar dostlar, de, sən:

Onların hicrilə oldum natəvan,

Qəm əlində dərbədər, bixaniman.

Başımı gər sorsalar, məhv oldu, de,

Həsrəti-vəsl ilə tən də soldu, de.

Canımı sorduqda dostlar bir zaman,

Söylə: yarın hicri ilə getdi can.

Qəlbimi gər sorsalar lazım demək:

Qanə döndərdi onu zalim fələk.

Sorsalar gər gözlərimdə varmı nur?

Söylə: yarın hicri ilə oldu gur.

Ləblərimdən sorsalar övzayi-hal[x],

Söylə: hicran zəhri ilə oldu lal.

Dözməyib dost-aşina hicraninə,

Od düşüb guya o yarın caninə.

Gah gəzər gülşənləri fəryad edər,

Gahi şivən qaldırıb min dad edər.

Gahi çöldə vəhşi tək avarədir,

Hər yerə getsə günü bil, qarədir.

Gah uzaq səhralərə eylər fərar,

Sizsiz heç bir yerdə olmaz bərqərar.

Ahi hər bir gülşəni viran edər,

Naləsindən vəhşilər əfqan edər.

Tək çıxıb bir dağa gər olsa rəvan,

Ya ki, dəryadan köçərsə bir zaman,

Eylə bir fəryad edər hicranidən,

Ah çəkər, eylə dili-suzanidən,

Ki, həras[xi] ilə qaçar ondan pələng,

Məhv olar dəryadə ahindən nəhəng.

Olmasın heç kəs onun tək ey xuda,

Bikəsü bixaniman, yardan cida.

Ey səba, qurban olum, aç balü pər,

Ey səba, qurban olum, get, ver xəbər!

Ey səba, bir rəhm qıl bu canimə.

Bu sözü çatdır mənim yaranimə.

Sən də mən tək dərd çəkən bülbül, aman!

Ey mənim tək sərsəmü bixaniman,

Harda görsən bir nəfər möhnətzədə,

Bikəsü biçarəvü qürbətzadə;

Harda ey dostlar, təsadüf etsəniz

Qəm yatağında yatan bir şəxsə siz,

Görsəniz bir binəvayi-dərbədər,

Ya ölüm girdabinə düşmüş nəfər,

Tez salın yadə məni-biçarəni,

Qəlbi möhnətlə dolu avarəni.

Bir salın yadə dili-qəmnakimi,

Bir salın yadə dili-sədçakimi[xii],

Mən sənə qurban, nəsimi-canfəza,

Rəhm qıl bu halimə bəhri-xuda[xiii].

Tez gedib həmsöhbət ol canan ilə,

Lap ürəkdən nalə et, əfqan elə.

Halimi ərz et ona lütf ilə sən,

Ey ənisü munisü qəmxari-mən.

Gər maraqlansa dili-naşad ilə,

Sən də bir bülbül kimi fəryad elə.

Ey səba, ey qasidi-şirin zəban[xiv],

Halimi səyyadimə sən qıl bəyan!

Söylə: ol caninə od düşmüş nigar,

Ol sitəmkeş, bülbüli-bədruzigar,

Yardən, yoldaşdan olmuşdur uzaq,

Haldən salmış onu dərdi-fəraq.

Olmuş hicranın əlindən dərbədər,

Qəlbi od tutmuş yanır, ey bixəbər!

Yandı hicran atəşinə qəlbü can,

Torpaq olmuş bəstəri[xv] axır zaman,

Yasdığı olmuş onun bil tirəxak[xvi],

Hicrdən qəlbi olubdur çak-çak.

Möhnət içrə inləyir hey biqərar,

Nə pərəstarı, nə bir həmdərdi var.

Ey səba, get qəlbdən fəryad elə,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info