Gördüyüm ah, yuxuydu yoxsa ki, yar
Gördüyüm ah, yuxuydu yoxsa ki, yar, Ya ki, tale bu səmtə etdi güzar?
Görünən tək o mahru birdən, Oldu vuranə bu dərü divar.
Gözlərim ta sataşdı gözlərinə. Əqlü huşim başımdan etdi fərar.
Külxənim gülşən oldu, bir dəmdə, Yusif-asa güləndə ol dildar.
Ürəyim titrəyib də çırpındı, Üzünə hər baxanda mən naçar.
Sonra birdən o ruhi-canım tez, Min əzabla bədəndən oldu kənar.
Baş ayağə qoyub, dedim qəlbən: “Ey güli-sərv-qəddü, məh-rüxsar!
Elə et ta ki, bu zavallı könül, Tapsın ol vəslin ilə bir də qərar.
Məst ikən qalxdı min bəhanə ilə, Dilimi lal qıldı, qəlbimi zar.
Əzmi-rah[i] etdi ta rəvan olsun, Aləm oldu gözümdə tirəvü tar.[ii]
Bu necə vəsl idi ki, Heyranı Eylədi min bəlayə, dərdə düçar?
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info